Xəzər Xəbər

İtkin düşən bacı və qardaş tapıldı

Hadisə | 13:13 • 20 Dekabr 2017
İtkin düşən bacı və qardaş tapıldı

Şirvanda itkin düşən qardaş-bacı tapılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Xəbər lenti