Xəzər Xəbər

Ukraynada dəhşətli yanğın: 4 uşaq ölüb

Hadisə | 12:24 • 18 Dekabr 2017
Ukraynada dəhşətli yanğın: 4 uşaq ölüb

Ukraynada mənzildə baş verən yanğın nəticəsində 1-8 yaş arasında olan 4 uşaq ölüb.


AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, hadisə dekabrın 17-si axşam saatlarında Ukraynanın Çerkasi vilayəti ərazisində baş verib. Yanğının səbəbləri araşdırılır.


Məlumatda qeyd edilir ki, ana uşaqları evdə qoyaraq dostları ilə istirahətə gedib. Ana məsuliyyət daşıdığından onun barəsində tədqiqat işlərinə başlanılıb.

Xəbər lenti

Çox oxunanlar