Xəzər Xəbər

Yanacaq çənindən yanıcı maddə çıxdı – Gömrükdə

Hadisə | 18:01 • 15 Dekabr 2017
Yanacaq çənindən yanıcı maddə çıxdı

Tovuz Gömrük İdarəsinə daxil olan məlumat əsasında, "Sadıxlı" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar