Xəzər Xəbər

Bəy toy günü gəlini öldürdü - FOTO

Hadisə | 10:07 • 4 Dekabr 2017
Bəy toy günü gəlini öldürdü -

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

"Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, 22 yaşlı Güllü Yurtoğlu 1 həftə öncə nikaha daxil olduğu 23 yaşlı Metehan Yutroğlu tərəfindən xına mərasiminin sabahı-toy günü bıçaqlanaraq öldürülüb.

G. Yurtoğluna 8 bıçaq zərbəsi vuran M. Yurtoğlu tarlalardan birində gizlənirmiş. O, polis tərəfindən saxlanılıb.

Şübhəli şəxsin narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər lenti