Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, Salyan
rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3
otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə
Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz
qızının yanmış cəsədləri aşkar olunub. Yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən
söndürülüb.