Xəzər Xəbər

Masazırda pul borcu üstündə kütləvi dava 3 yaralı

Hadisə | 16:50 • 3 Dekabr 2017
Masazırda pul borcu üstündə kütləvi dava
Abşeron rayonun Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, rayon ərazisində iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib. Onlar həbs edilib.

Məlumata görə, onların arasında dava pul borcu üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar