Türkiyə
hökuməti ötən ilin iyul ayında baş verən dövlət çevrilişi cəhdi ilə
bağlı şübhəli bilinən 360 nəfərin, o cümlədən 333 hərbçinin həbsinə
order verib. Anadolu informasiya agentliyi xəbər verir ki, şübhəlilərin
saxlanılması üzrə əməliyyatlar İstanbula bağlı 49 qəsəbədə həyata
keçirilir. Həmçinin həbsinə order verilən şəxslərin 10-nun ölkə
xaricində olduğu bildirilir. Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin
əsgər və zabitlərdən ibarət qrupu dövlət çevrilişinə cəhd edib. Əsas
toqquşmalar İstanbulda və Ankarada baş verib, nəticədə qiyamçılar
istisna olmaqla, 250 nəfər həlak olub, 2 mindən çox insan isə yaralanıb.
Ankara dövlət çevrilişi cəhdinin təşkilində 1999-cu ildən ABŞ-da
yaşayan din xadimi Fətullah Güləni təqsirli bilir.