Türkiyədə partlayış zamanı dünyasını dəyişən azərbaycanlı tələbənin adı məlum olub.
Türkiyədə təhsil alan, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Murad Etibaroğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Murad və onun valideynləri xəstəxanaya yerləşdirilib. M.Allahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Onun valideynləri isə Azərbaycana yola salınıb. Bu gün Muradın meyiti Azərbaycana göndəriləcək.
Məlumata görə, valideynlərinin Muradın ölümündən xəbəri yoxdur. (Report)