Xəzər Xəbər

Polis veteranları bu il 112 cinayətin açılmasına kömək ediblər

Hadisə | 15:09 • 15 Noyabr 2017
Polis veteranları bu il 112 cinayətin açılmasına kömək ediblər

Daxili işlər orqanlarının əməkdaşları təqaüdə çıxdıqdan sonra da xidməti davam etdirirlər. Veteranlarımız paytaxtda və bölgələrdə cinayətlərin açılmasında, şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında bilik və təcrübələrini bölüşür, onlara müəyyən tövsiyələr verirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ötən 10 ay ərzində Mingəçevir Şəhər Polis Şöbəsi Veteranlar Şurasının üzvləri 112 cinayətin açılmasında, axtarışda olanların tutulmasında, profilaktiki uçotda olanlar tərəfindən törədilə bilərək cinayət hadisələrinin və hüquq pozuntularının qarşısının alınmasında müvafiq kömək göstəriblər.


Gənc nəslin sağlam mühitdə, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik tədbirlərin keçirilməsi də daim diqqətdə saxlanılıb.


Şuranın üzvləri 46 sayda məktəb və ictimai təşkilatlarda maarifləndirici çıxışlar ediblər. Müxtəlif təhsil ocaqlarında "Narkomaniyaya yox deyək”, ”Erkən nikah və onun fəsadları”, "Radikal və ekstremal yönümlü dini təriqətlər və onların qanunsuz fəaliyyəti”, ”Yetkinlik yaşına çatmayanların baxımsızlığın və hüququ pozuntularının profilaktikası”, ”İnsan alveri və onun qurbanları” mövzularında keçirilən maarifləndirmə tədbirlərində veteranlar şagird, tələbə və ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.

Xəbər lenti