Xəzər Xəbər

Türkiyədə polis xidməti avtomobilinə hücum olub, 12 nəfər yaralanıb

Hadisə | 18:59 • 17 Oktyabr 2017
Türkiyədə polis xidməti avtomobilinə hücum olub, 12 nəfər yaralanıb

Türkiyənin Mersin şəhərində polisin xidməti avtomobilinə hücum olub.

Xezerxeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

Məlumata görə, Yenişehir məhəlləsi Okan Merzeci bulvarında polis xidməti avtomobilinin keçidi zamanı partlayıcı qurğu işə salınıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti