Xəzər Xəbər

İstanbuldan qızıl gətirən şəxs Bakıda tutuldu

Hadisə | 11:59 • 6 Oktyabr 2017
İstanbuldan qızıl gətirən şəxs Bakıda tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının içində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd qolbaq-sırğa-üzük-kulon dəsti və 1 cüt sırğa aşkar edilib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində 1 cüt sırğa, 6 ədəd qolbaq, 2 ədəd üzük, 3 ədəd boyunbağı aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 175,4 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar