XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Oğuz rayonu, Xaçmaz kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin mətbəxinin tavanı 30 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.