Xəzər Xəbər

İrandan gələn azərbaycanlının daxili orqanında 77 qram heroin aşkarlanıb

Hadisə | 10:20 • 12 Sentyabr 2017
İrandan gələn azərbaycanlının daxili orqanında 77 qram heroin aşkarlanıb

İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti