Xəzər Xəbər

Lerikdə DƏHŞƏT: ata, ana və qızları diri-diri yandı

Hadisə | 09:50 • 22 Avqust 2017
Lerikdə DƏHŞƏT:

Lerik rayonu, Vizəzəmin kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərXəbər-ə verilən məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti