Xəzər Xəbər

Ermənistanda silahlı insident: 4 ölü, 8 yaralı

Hadisə | 16:37 • 1 Avqust 2017
Ermənistanda silahlı insident:

Ermənistanın Araqots vilayətinin Şamiram kəndində yas mərasimi zamanı atəşma baş verib.

"News.am” saytının verdiyi məlumata görə, naməlum şəxs mərasimin keçirildiyi çadıra daxil olub ətrafdakılara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.



Daha sonra atəş açan şəxs "Niva” markalı avtomobillə hadisə yerindən qaçıb. Cinayətin məişət zəminində törədildiyi bildirilir. Şamiram kəndində əsasən yezidi kürdlərinin yaşadığı xəbər verilir.



Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Yaralılardan 3-nün vəziyyəti ağırdır.



azvision.az

Xəbər lenti

Çox oxunanlar