Xəzər Xəbər

Novxanı çimərliyində iyrənc olay: qadını döydülər

Hadisə | 14:05 • 21 İyul 2017
Novxanı çimərliyində iyrənc olay:

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Novxanı çimərliyində istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb.

 

Qadın bildirib ki, həmin şəxs onu başqa insanların gözü qarşısında xuliqanlıq zəminində döyüb.

 

C.Rzayevanın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.

Xəbər lenti