Xəzər Xəbər

Qaradağda ağır qəza: 3 ölü, 1 yaralı var

Hadisə | 10:27 • 6 İyul 2017
Qaradağda ağır qəza: 3 ölü, 1 yaralı var

Ötən gecə Bakının Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, "Daewoo” markalı minik avtomobilinin "Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində minik avtomobilinin sürücü Rövşən Hacıyev, onun sərnişinləri, qardaşı Üzeyir Hacıyev və Həsən Həsənov adlı şəxs ölüb, Nicat Qurbanov adlı şəxs isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin vəziyyəti ağırdır.

Hazırda Qaradağ rayon Polis İdarəsində yük maşınının sürücüsünün ifadəsi alınır.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti