Xəzər Xəbər

Türkiyə vətəndaşı 30 min dollara yaxın pulu Azərbaycandan çıxararkən saxlanılıb

Hadisə | 14:28 • 29 İyun 2017
Türkiyə vətəndaşı 30 min dollara yaxın pulu Azərbaycandan çıxararkən saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etsə də, əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29 900 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti