Xəzər Xəbər

Yasamalda qısqanc ər arvadını qətlə yetirdi

Hadisə | 10:11 • 24 Mart 2017
Yasamalda qısqanc ər arvadını qətlə yetirdi

Bakıda qətl törədilib.

Yasamal rayon Prokurorluğundanverilən məlumata görə, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 43 yaşlı Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə.Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (APA)

Xəbər lenti