Xəzər Xəbər

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

Gündəm | 08:38 • 29 May 2024
Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq sadəcə ikitərəfli deyil. Biz regional sülh və sabitliyin, inkişafının təmin edilməsi istiqamətində də sıx əməkdaşlıq edirik”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

“Gürcüstanla Azərbaycan regional sülh və sabitliyin, inkişafın, insanlarımızın rifahının təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir. Yalnız bu yolla biz ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam istifadə edə bilərik. Biz bu yolla Avropa ilə Asiya arasında möhkəm körpü qura və onun faydalarından istifadə edə bilərik” - deyə, Ş.Papuaşvili vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar