Xəzər Xəbər

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb FOTO

Gündəm | 23:03 • 28 May 2024
Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb. 

Xezerxeber.az-ın məlumatına görə, Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verməklə yanaşı bir sıra vacib islahatlara imza atan dövlətlərdən birinin - Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü qeyd edilir.

Xəbər lenti

Çox oxunanlar