Xəzər Xəbər

Deputat palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsini İSTƏYİB

Gündəm | 15:14 • 18 Aprel 2024
Deputat palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsini

Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir.

Bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, deyilənə görə palma yağlarının ərimə temperaturu 37 dərəcədir. “Əgər bu yağlar insan bədənində həll edilmirsə deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir.

Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik”, - deyə o əlavə edib. (modern.az)

Xəbər lenti

Çox oxunanlar