Xəzər Xəbər

Rəsmi Moskva: Bakı ilə İrəvan arasındakı bütün ərazi mübahisələri diplomatik yolla həll edilməlidir

Gündəm | 17:24 • 3 Aprel 2024
Rəsmi Moskva: Bakı ilə İrəvan arasındakı bütün ərazi mübahisələri diplomatik yolla həll edilməlidir

Bakı ilə İrəvan arasındakı bütün ərazi mübahisələri və iddiaları yalnız Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində siyasi-diplomatik vasitələrlə həll edilməlidir. Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin dinamik fəaliyyətini bərpa etməyin vaxtı çoxdan çatıb. Tərəfdaşlarımızı siyasi iradə göstərməyə, Rusiyanın köməyi ilə ən çətin məsələlərə, o cümlədən sərhədlərin delimitasiyası, bölgədəki nəqliyyat-logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması üçün səmərəli həll yollarının axtarışına imkan verən formatlarda səmərəliliyini sübuta yetirən əlaqələri bərpa etməyə çağırırıq”, - deyə o qeyd edib.

M. Zaxarova, həmçinin vurğulayıb ki, tərəflərdən birinin güzəştlərinin məhdudlaşdırılması, digər tərəfin isə ünvanına təhdidlərin irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqından və ABŞ-dan fərqli olaraq Rusiya həmişə Cənubi Qafqazda davamlı sülhün və firavanlığın təmin edilməsi üçün mövcud fikir ayrılıqlarının kompleks şəkildə, kompromisli həllinin tərəfdarı olub. Təklifimiz danışıqlar masasında qalmaqda davam edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024