Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Xezerxeber.az bildirir ki, bu barədə APA-ya komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya 700 dən çox müraciətə baxacaq: “Burda qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri , ömürlük məhkumlar və s. bağlı müraciətlərə baxacaq. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Gərgin və məhsuldar müzakirələr aparıldı”.
Rəşad Məcid deyib ki, növbəti iclas barədə məlumat veriləcək.