Xəzər Xəbər

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbçimiz yaralanıb

Gündəm | 12:25 • 19 Sentyabr 2023
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbçimiz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar