Xəzər Xəbər

Milli Məclisdə ailə dəyərləri mövzusunda dinləmə təşkil olunacaq

Gündəm | 12:04 • 19 Sentyabr 2023
Milli Məclisdə ailə dəyərləri mövzusunda dinləmə təşkil olunacaq

Qanunvericilik aspektində ailə dəyərləri mövzusunda dinləmə keçiriləcək. 

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” mövzusunda dinləmə daxil edilib.

Eyni zamanda İş Planında “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” ilə bağlı dinləmə keçirilməsi də nəzərdə tutulub.

İş Planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024