Xəzər Xəbər

Rusiyadan Azərbaycan və Ermənistana növbəti çağırış ZAXAROVA AÇIQLADI

Gündəm | 15:05 • 23 Mart 2023
Rusiyadan Azərbaycan və Ermənistana növbəti çağırış

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistana çağırış edib.

Xezerxeber.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, sülh prosesinə alternativ yoxdur.

"Biz bunda qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova qeyd edib ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin artması və Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı tərəflərin güzəşt axtarmağa hazır olmaması narahatlıq doğurur.

Xəbər lenti