Xəzər Xəbər

Qərbi azərbaycanlıların qayıdışına Rusiyadan münasibət HƏSSAS MƏSƏLƏDİR

Gündəm | 15:45 • 23 Mart 2023
Qərbi azərbaycanlıların qayıdışına Rusiyadan münasibət

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsinə  münasibət bildirib.

Xezerxeber.az Ria Novosti-yə istinadən məlumat verir ki, Zaxarova bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib.

Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”,-deyə XİN rəsmisi əlavə edib. 

O,  Ermənistan tərəfinin də oxşar müraciətinin olduğunu da xatırladıb.

Xəbər lenti