Xəzər Xəbər

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib SƏRƏNCAM

Gündəm | 16:36 • 30 Noyabr 2022
İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

Aşağıdakı şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti