Xəzər Xəbər

Moskvada Azərbaycan ilə Ermənistan arasında danışıqlar aparılacaq

Gündəm | 17:35 • 30 Noyabr 2022
Moskvada Azərbaycan ilə Ermənistan arasında danışıqlar aparılacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya işgüzar səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

M. Zaxarova qeyd edib ki, səfər çərçivəsində Moskvada, Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına dair kompleks məsələlər nəzərdən keçiriləcək.

“Həmçinin bir sıra aktual regional və beynəlxalq mövzuların ətraflı müzakirəsi planlaşdırılır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli, həmçinin cari ilin 31 oktyabr tarixli ali səviyyədə üçtərəfli bəyanatların icrasının müzakirəsinə xüsusi diqqət ayrılacaq. Bu müzakirələrin məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşdırılmasını təmin etməkdir”, - deyə M.Zaxarova bildirib.

Xəbər lenti