Xəzər Xəbər

Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Gündəm | 10:09 • 29 Noyabr 2022
Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olunub

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-nin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Xezerxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Xəbər lenti