Xəzər Xəbər

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Gündəm | 22:38 • 28 Noyabr 2022
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Noyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildiriblər ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

Xəbər lenti