Xəzər Xəbər

General-leytenant: Müharibənin ilk iki həftəsində Ermənistanın 60 HHM sistemi məhv edildi

Gündəm | 10:33 • 24 Noyabr 2022
General-leytenant: Müharibənin ilk iki həftəsində Ermənistanın 60 HHM sistemi məhv edildi

Dronlar düşmənin kiçik və orta mənzilli HHM sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır. Silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İsrail istehsalı olan PUA-ları da müvəffəqiyyətlə tətbiq etdi. Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu - "Harop" bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, S-300 raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunmuşdu.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev "Azərbaycan Ordusu" qəzetində dərc edilən "İkinci Qarabağ müharibəsinin hərbi aspektləri" adlı məqaləsində yazıb.  

O qeyd edib ki, müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə müdafiə sənayesinin istehsalı olan "Bayraktar TB-2"nin də rolu danılmazdır: "Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi".

Xəbər lenti