Xəzər Xəbər

Azərbaycanda vətəndaşlar hər 6 aydan bir vaksin vurdurmalı olacaq? RƏSMİ AÇIQLAMA

Gündəm | 17:37 • 29 Dekabr 2021
Azərbaycanda vətəndaşlar hər 6 aydan bir vaksin vurdurmalı olacaq?

Bu günə qədər olan açıqlamalarda qeyd edilirdi ki, üçüncü doza vaksin tətbiq olunandan sonra sertifikatın müddəti müddətsiz olacaq. 6 aydan sonra yenidən vaksin olunmaq kimi tələb yox idi. Lakin son açıqlamalar bunun belə olmadığını göstərir.

XəzərXəbər xəbər verir ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidova danışıb.

Səhiyyə Nazirliyi məsələyə belə aydınlıq gətirib: "Hazırda 6 aydan bir demək düzgün olmazdı. Ola bilsin ki, bu müddət gələn il 8 və ya 9 aydan bir olsun.

Amma hazırda Operativ Qərargahdan səslənən məqam mətbuatda dərc olunacaq. İndiyə məlum olan budur ki, fevralın 15-də bütün vaksin sertifikatlarının müddəti əvvəlki dozadan 6 ay keçibsə, artıq etibarsız sayılacaq".

Xəbər lenti