Xəzər Xəbər

Fevralın 15-də bitəcək COVID pasportları ilə bağlı YENİ AÇIQLAMA

Gündəm | 17:23 • 29 Dekabr 2021
Fevralın 15-də bitəcək COVID pasportları ilə bağlı YENİ AÇIQLAMA

"Əslində brifinqdə 15 fevraldan vaksin sertifikatlarının eibarlılıq müddətinin bitmiş olacağı barədə səsləndirilən fikilər növbəti buster dozasının etməsini şərtləndiririr. İyul ayında buster dozanı almış vətəndaş və ya tibb işçisinin əgər fevralın 15-ə qədər vaksin müddəti bitirsə, onda dördüncü dozanı vurdurmaq üçün müvafiq tibb müəssisələrinə müraciət edə bilər".

XəzərXəbər xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, immuniteti yüksək səviyyədə saxlamaq və əhalinin sağlamlığını qorumaq üçün bütün ştamlara qarşı buster dozanın edilməsi zəruri olacaq.

Xəbər lenti