Xəzər Xəbər

Gürcüstana getmək istəyənlərin nəzərinə - Qaydalar asanlaşdırdı

Gündəm | 16:32 • 20 Oktyabr 2021
Gürcüstana getmək istəyənlərin nəzərinə - Qaydalar asanlaşdırdı

Azərbaycanın peyvənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.

Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidir. PCR testi olmayan turistlər 600 dollardan çox məbləğdə cərimələnəcək.

Xəbər lenti

Çox oxunanlar