Xəzər Xəbər

Xorvatiyanın XİN başçısı Azərbaycana təşəkkür etdi

Gündəm | 15:42 • 20 Oktyabr 2021
Xorvatiyanın XİN başçısı Azərbaycana təşəkkür etdi

"Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir".

XəzərXəbər xəbər verir ki, bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, koronavirusa qarşı mübarizədə və Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib.

Xorvatiyalı nazir Azərbaycana İKT və digər sahələrdə faydalı əməkdaşlıq təklif edəcəklərini bildirib: “Biz Xorvatiya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Xorvatiyada çalışmasında maraqlıyıq”.

Xəbər lenti