Xəzər Xəbər

Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA

Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınmayıb
Gündəm | 14:18 • 16 Sentyabr 2021
Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA

"Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".

XəzərXəbər-in xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".

Xəbər lenti