Xəzər Xəbər

Nazir beynəlxalq ictimaiyyəti Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

Gündəm | 12:11 • 9 Sentyabr 2021
Nazir beynəlxalq ictimaiyyəti Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter" səhifəsində etdiyi paylaşımda bildirib.

"Dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququ olmalı, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır", - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti