Xəzər Xəbər

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib

Gündəm | 19:44 • 1 Aprel 2021
Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Rusiya Xarici işlər Nazirliyindən verilən məlumata görə, iki ölkənin XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının həyata keçirilməsinin gedişatını, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunmasını müzakirə ediblər.

Bundan başqa, ikitərəfli münasbətlərə dair, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında 2022-ci ildə diplomatik münaisbətlərin qurulmasının 30 illiyinin qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq gündəmdə duran və qarşılıqlı maraq doğuran bir sıra mövzulara toxunulub./apa

Xəbər lenti