Xəzər Xəbər

Emin Əmrullayev təhsillə bağlı sualları cavablandıracaq

Gündəm | 19:43 • 1 Aprel 2021
Emin Əmrullayev təhsillə bağlı sualları cavablandıracaq
Aprelin 3-də təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili ilə bağlı ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandıracaq.
 
Bu barədə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, maraqlananlar mövzu ilə bağlı suallarını aprelin 2-i saat 18:00-dək Təhsil Nazirliyinin "Facebook” səhifəsində yerləşdirilmiş postun rəy bölməsində qeyd edə bilərlər.

Xəbər lenti