Xəzər Xəbər

Dərslər nə vaxtadək dayandırılıb? RƏSMİ CAVAB

Gündəm | 18:27 • 1 Aprel 2021
Dərslər nə vaxtadək dayandırılıb?

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilir:

XəzərXəbər-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bununla bağlı yaranan narahatlıq başadüşüləndir. Lakin mövcud vəziyyətdə ən optimal variant budur.

V.Yaqublu şagirdləri teledərslərin aktiv iştirakçısı olmağa da çağırıb.

Xəbər lenti