Xəzər Xəbər

Xəzər niyə donub? RƏSMİ AÇIQLAMA

Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır
Gündəm | 14:48 • 25 Fevral 2021
Xəzər niyə donub?
Xəzər dənizinin ləpədöyən hissəsində donma qeydə alınıb.
 
XəzərXəbər bildirir ki, bunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb.
 
Fotodan da görünür ki, Şabran rayonunun Xəzər dənizinin ləpədöyən hissəsi buz bağlayıb.
 
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.
 
İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:
 
"Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperaturunun mənfi səkkiz, doqquz dərəcəyə düşüb. Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.

Xəbər lenti