Xəzər Xəbər

Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair sərəncam

Gündəm | 17:32 • 27 Noyabr 2020
Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair sərəncam

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


XəzərXəbər-in məlumatına görə, Sərəncamla "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilir (əlavə olunur).


Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək;


həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.


Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.


Ramil

Xəbər lenti

Çox oxunanlar