Xəzər Xəbər

22 yaşlı Təbəssümün ölüm səbəbi əslində nə olub? - RƏSMİ

Gündəm | 13:46 • 30 İyun 2020
22 yaşlı Təbəssümün ölüm səbəbi əslində nə olub? - RƏSMİ

8 iyun tarixində Təbəssüm Məmmədova ağciyər qanaması ilə reanimasiya şöbəsinə qəbul edilib, süni nəfəs aparatına qoşulub.


Bunu "Bona Dea” Beynəlxalq Hospitalın reanimatoloqu Zaur Ağayev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.


Həkim bildirib ki, daxil olan zaman xəstə nəfəs ala bilmirmiş və buna görə inbolizasiya olunub: "10 iyunda yenidən qanaxma olur və inbolizasiya edilir. 11 iyunda isə beyində qanaxma olur və müdaxilə edilir. Bu müddətdə xəstədə qanaxma çox olduğu üçün 10-12 litr qan köçürülüb. Qanaxmaların bərpası olsa da, damarda qan laxtalanması sindromu yaranır və qan bərkiməsini itirir. Valideynləri iddia edirlər ki, qızları qan içində idi. Onları başa düşürəm. Bu tip xəstələr hətta dünyasını dəyişdikdən sonra belə 2-3 saat ərzində qanaya bilirlər, burun, gözün selikli qişasından qanaxma olur".


Onun sözlərinə görə, xəstənin bədən ölçülərinin şişməsi barəsində fikirlər yayılıb: "İddialara görə, xəstənin çəkisi 80 kq olub, amma bu inandırıcı deyil. Şişmə oldu, bunun səbəbi isə köçürülən maye plazma idi və böyrək düzgün fəaliyyət göstərmirdi. Bu günlər ərzində bütün komanda əlindən gələni etdi. Təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı".

Xəbər lenti