Xəzər Xəbər

Kərəm Mustafayev general-polkovnik oldu — SƏRƏNCAM

Gündəm | 13:59 • 25 İyun 2020
Kərəm Mustafayev general-polkovnik oldu

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.



Qeyd edək ki, Kərəm Mustafayev Müdafiə nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır.

Xəbər lenti