Xəzər Xəbər

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı RƏSMİ AÇIQLAMA

Gündəm | 18:23 • 17 May 2020
Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı

Daha sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo" ilə əlaqə saxlayaraq, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib.

"Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi 1 həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib.

Xəbər lenti