Xəzər Xəbər

“Bakı Metropoliteni” xəttə daha 2 yeni qatar buraxacaq

Gündəm | 15:08 • 5 Avqust 2019
“Bakı Metropoliteni” xəttə daha 2 yeni qatar buraxacaq

"Bakı Metropoliteni” QSC xəttə daha 2 yeni qatar buraxacaq.

Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən qatarların tənzimləmə işlərinə başlanılıb, bu işlər bitdikdən sonra sınaq tənzimləməsi aparılacaq vəqatarlar xəttə buraxılacaq.

"Avqustun sonunda daha 2 qatar Rusiyadan Azərbaycana yola salınacaq. Hazırda istehsal prosesi yekunlaşmaq üzrədir. Beləliklə, yeni qatarların ümumi sayı 11 olacaq ki, bu da yeni tədris mövsümündə sərnişin daşımalarda əhəmiyyətli dərəcədə hiss olunacaq”, - deyə B. Məmmədov bildirib.

Qeyd edək ki, qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkəti tərəfindən istehsal olunur.//Trend.az

Xəbər lenti