Xəzər Xəbər

Qaliblər ADA-da imtiyazlı təhsil ala biləcəklər – Hafiz Paşayev

Gündəm | 14:25 • 5 Avqust 2019
Qaliblər ADA-da imtiyazlı təhsil ala biləcəklər

Beynəlxalq İnformatika Olimpiadasının (IOI) qalibi olacaq məktəbliləri ADA Universitetinə dəvət edəcəyik.

Bunu 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılışına həsr olunmuş mətbuat konfransında xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

O qeyd edib ki, olimpidada qalib olan şagirdlər universitetə dəvət olunacaq: "Universitetin Elmi Şurasının sonuncu iclasında qərara gəldik ki, beynəlxalq olimpiada qaliblərinə qəbul zamanı imtiyaz tətbiq edilsin. Əgər bu olimpiadada iştirak edən Azərbaycan komandasının üzvləri qalib ola bilsələr, onları universitetə dəvət edəcəyik. Onlar bizim universitetdə tam imtiyazlı təhsil ala biləcəklər”.

Xəbər lenti

Çox oxunanlar