Xəzər Xəbər

Moskva Əliyevlə Paşinyanın görüşünü hazırlayır

Gündəm | 18:29 • 18 Dekabr 2018
Moskva Əliyevlə Paşinyanın görüşünü hazırlayır
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa dialoqun yaradılması imkanları üzərində işləyir.


Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. Diplomat bildirib ki, münaqişə ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.

"Sergey Lavrovda bunu bir daha təsdiqlədi və biz ATƏT-in Minsk qrupunun formatı çərçivəsində işləri davam etdirmək niyyətindəyik. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişənin hər iki tərəfinin (Ermənistan və Azərbaycan) razılığı əsasında sülh yolu ilə həllinə alternativ yoxdur”, - deyə Kopırkin vurğulayıb.

Xəbər lenti